Qarabağ üçün yeni format... – Zülfüqarov açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Qarabağ üçün yeni format... – Zülfüqarov açıqladı

Siyasət

16 Oktyabr 2020 09:10 1492


Rusiya və Türkiyə Suriya münaqişəsində olduğu kimi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində də ortaq hərəkət etməlidir.

“Yeni Sabah” xəbər verir ki, bu sözləri Axar.az-a sabiq Xarici İşlər naziri, politoloq Tofiq Zülfüqarov Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı haqda danışarkən deyib.

Onun sözlərinə görə, rəsmi Moskva bundan sonra münaqişənin nizamlanmasında daha fərqli formatlara üstünlük verəcək: Dominos pizza

“Rusiya faktiki olaraq Türkiyənin münaqişədəki yerini və rolunu anlayır. Bu mənada bundan sonra ATƏT-in Minsk Qrupunun fəaliyyəti elə də məqbul sayılmayacaq. Amma istisna etmirəm ki, indi Rusiya hansısa seçim qarşısındadır. Çünki bəllidir ki, Rusiya və Türkiyə digər regionlarda olduğu kimi, özünəməxsus bir format təşkil edə bilərlər.

Hazırda Ermənistan tərəfi və digər qüvvələr istəyirlər ki, tez bir zamanda atəşkəs rejimi bərpa olunsun. Atəşkəs isə yalnız Türkiyə və Rusiyanın danışıqlarda iştirakı ilə mümkün ola bilər. Təbii ki, ermənilər buna qarşı çıxacaq. Amma Rusiya üçün Türkiyə daha yaxşı partnyordur, nəinki hansısa Qərb ölkəsi. Bu baxımdan onların ayrıca format seçməsi iki tərəfin marağındadır”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!