“Qarabağ” UEFA reytinqində 6 pillə irəlilədi

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ” UEFA reytinqində 6 pillə irəlilədi

İdman

22 Oktyabr 2021 09:57 1041


Avrokubokların qrup mərhələsinin III turu başa çatıb.

Yenisabah.az xəbər verir ki, turun görüşlərindən sonra klubların UEFA reytinqi açıqlanıb.

Avropanın ən yaxşı 100 komandası arasında Azərbaycanın yalnız bir təmsilçisi yer alıb. Bu, Ağdamın “Qarabağ” klubudur. pizza mizza

Premyer Liqanın vitse-çempionu Konfrans Liqasının III turunda Qazaxıstan “Kayrat”ını 2:1 hesabı ilə məğlub edib. Bu qələbə Qurban Qurbanovun yetirmələrinin hesabına 0,500 xal gətirib.

Aktivini 21,000-a çatdıran “Qarabağ” 6 pillə irəliləyib. Bu görüşədək Avropada 69-72-ci yerləri bölüşən təmsilçimiz artıq 63-66-cı pillələrə şərikdir.

Ağdamlılar “Feyenoord” (Niderland), “Real Sosyedad” (İspaniya) və “Borussiya” (Mönhenqladbax, Almaniya) ilə eyni xala malikdir.

Qeyd edək ki, siyahıya “Bavariya” başçılıq edir – 122,000.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!