Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda Albaniyanın "Partizani” klubunu qəbul edəcək "Qarabağ” meydana itkiylə çıxacaq.
“Yeni Sabah” xəbər verir ki, zədəsi sağalmayan futbolçu Bədavi Hüseynov bu görüşdə də meydana çıxmayacaq. Mərkəz müdafiəçisi bu səbəbdən Albaniyadakı matçı da buraxmışdı.
Qeyd edək ki, "Dalğa Arena"da keçiriləcək "Qarabağ" - "Partizani" matçı yerli vaxtla 21.00-da başlayacaq.
Telegram kanalımız