“Qarabağ“ yeni futbolçu alır? - Klubdan açıqlama 

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ“ yeni futbolçu alır? - Klubdan açıqlama 

İdman

02 Fevral 2023 13:34 865


"Qarabağ" transfer pəncərəsinin bağlanmasına bir neçə saat qalmış yeni futbolçu almaq üçün danışıqları davam etdirir. 

Yenisabah.az xəbər verir ki, bu barədə Qol.az saytına açıqlamasında klubun mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə bildirib. O, son anadək futbolçularla danışıqlar aparacaqlarını, lakin hazırda heç bir oyunçu ilə razılaşmadıqlarını deyib: 

"Transfer üçün son anadək danışıqlarımız davam edəcək. Ancaq hazırda keç kimlə razılıq əldə olunmayıb. Bu gün saat 21:00-adək vaxtımız var. Daha sonra isə Konfrans Liqasının pley-off mərhələsində "Gent"lə oyunlar üçün iştirak ərizəsini UEFA-ya təqdim etməliyik".   Pepperoni pizza

Qeyd edək ki, daha əvvəl komandanın baş məşqçisi Qurban Qurbanov yeni qapıçı transfer etməyə çalışdıqlarını, fevralın 2-dək danışıqlar aparacaqlarını bildirmişdi. Ağdam təmsilçisi bu qış transfer pəncərəsində heyətinə üç futbolçu qatıb. "Qarabağ" Redon Cica, Adama Diakabi və Yassin Benzianı sıralarına cəlb edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!