Bu gün Azərbaycan Premyer Liqasında 20-ci tura yekun vurulub.
Yenisabah.az xəbər verir ki, sonuncu oyun günündə 2 matç keçirilib.
Əvvəlcə “Sabah” doğma meydanda “Səbail”lə qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib. Lider “Qarabağ” isə “Zirə”nin qonağı olub. Matç Ağdam təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. pizza mizza
19 mart (şənbə)
“Zirə” – “Qarabağ” - 0:3
Qollar: Ramil Şeydayev, 10, Kadi Borqes, 47, 64
“Sabah” – “Səbail” - 1:0
Qol: Kristian Sebalyos, 61
Telegram kanalımız