“Qarabağ“a qol vuran futbolçu: “Heç-heçə ədalətli nəticədir“

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ“a qol vuran futbolçu: “Heç-heçə ədalətli nəticədir“

İdman

04 Noyabr 2022 13:58 906


"Son dəqiqələrdə qol buraxmaq acı olur. Amma düzünü desək, rəqib layiqli oyun göstərdi və heç-heçə ədalətdli nəticədir". 

"Report"un məlumatına görə, bunu Almaniya "Frayburq"unun futbolçusu Nils Petersen Bakıda "Qarabağ"la 1:1 hesablı heç-heçə etdikləri UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur oyunundan sonra yerli mətbuata açıqlamasında deyib.

25-ci dəqiqədə hesabı açan 34 yaşlı hücumçu matçın çətin keçdiyini bildirib: "Əslində hər şeyin belə olacağını əvvəldən bilirdik. Heyətimizdə xeyli rotasiya etmişdik. Bəlkə da oyundan öncə 1 xal qazanacağımızı desəydilər. dərhal razılaşardıq". pizza sifarişi

Qeyd edək ki, G qrupunu "Frayburq" 14 xalla birinci, "Qarabağ" isə 8 xalla üçüncü sırada bitirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!