“Qarabağ”da 10 milyonluq futbolçu

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ”da 10 milyonluq futbolçu

İdman

07 Yanvar 2023 12:18 1118


“Qarabağ"ın heyətinə yeni futbolçu qoşulub. 

Yenisabah.az xəbər verir ki, bu, 2022-ci ilin yayından azad agent olan Adama Diakabidir. O, hazırda Ağdam klubunun Antalyadakı təlim-məşq toplanışındadır. Fransalı vingerlə  tibbi müayinədən keçdikdən sonra, yaxın 2-3 gün ərzində müqavilə imzalanacaq. Transferin yaxın günlərdə rəsmən açıqlanacağı gözlənilir.

Qeyd edək ki, Diakabinin “Qarabağ”ın düşərgəsinə qoşulması barədə ilk ilk xəbəri futbolinfo.az saytı yazıb. Sezar pizza

Xatırladaq ki, “Kann”ın yetirməsi olan 26 yaşlı oyunçu peşəkar futbola “Renn”də başlayıb.  O, 2017-ci ildə “Monako”ya 10 milyon avroya satılıb. Bir il sonra “Haddersfild”ə,  2020-ci ildə  “Nottingem Forest”ə transfer olunub. 2022-ci ildə isə  “Amyen”ə icarəyə verilib. O, 2022-ci iyulundan klubsuz idi.

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!