Qarabağda məhv edilən ermənilərin adları açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Qarabağda məhv edilən ermənilərin adları açıqlandı

Hadisə

28 İyun 2023 11:03 1070


Qarabağda təxribata cəhd edərkən məhv edilən erməni silahlı dəstənin məhv edilən üzvlərinin adları açıqlanıb.

Bu barədə erməni mətbuatı məlumat yayıb. Məlumata görə, Azərbaycan Ordusunun zərbələri nəticəsində Armo Abqaryan, Samvel Torostan, Yervand Tadevostan və Qaqik Balayan öldürülüb.

Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyi iyunun 27-si saat 20:05-də Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən Ordumuzun Ağdam rayonunun Qalayçılar kəndi istiqamətində yerləşən mövqelərinin atıcı silahlardan atəşə tutulması barədə məlumat yaymışdı. Dominos pizza

Məlumatda bildirilirdi ki, atəş nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu Bəkirov Əli Şükür oğlu yaralanıb.

Yralı hərbi qulluqçumuz dərhal hərbi tibb müəssisəsinə təxliyə edilib, həyatı üçün təhlükə yoxdur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!