Qarabağda öldürülən əsgərin qohumları yolu bağlayıblar

saytların hazırlanması

Evə çatdırılma

Qarabağda öldürülən əsgərin qohumları yolu bağlayıblar

Rəsmi

26 Dekabr 2019 15:56 2233


Ermənistan silahlı qüvvələrinin naməlum şəraitdə ölən əsgəri Artur Acamyanın qohumları Yerevanda Respublika meydanına gedən yolu bağlayıb.

Məlumatı “Newsarmenia” yayıb. Bildirilib ki, etiraz aksiyasının iştirakçıları Ermənistanın baş naziri Nikol Paşinyanla görüş tələb ediblər.

Məlumata görə, hökumət başçısı əvvəlcə etirazçıların qarşısına çıxmaq istəyib, ancaq onların yolu kəsməsini bəhanə edərək fikrindən dönüb. pizza hut

Qeyd edək ki, dekabrın 2-də Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində Ermənistan silahlı qüvvələrinin hərbçisi, 1998-ci ildə anadan olmuş, yezidi kürdü Artur Acamyan qeyri-müəyyən şəraitdə ölüb, 1999-cu ildə anadan olmuş hərbçi David Melikbekyan isə yaralanıb. Araşdırma nəticəsində Acamyanın öldürüldüyü aşkarlansa da, rəsmilər əsgərin intihar etdiyini bildirirlər.(report)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!