“Qarabağ”da şok zədə: Şahruddinin qolu sındı, iki ay oynamayacaq

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ”da şok zədə: Şahruddinin qolu sındı, iki ay oynamayacaq

İdman

16 Yanvar 2023 21:50 832


“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyevin qolu sınıb.

Yenisabah.az xəbər verir ki, bu, komandanın Antalyadakı təlim-məşq prosesi zamanı baş verib. 28 yaşlı qolkiper 2 ay yaşıl meydanlardan kənarda qalacaq.

Bu da o deməkdir ki, Şahruddin Konfrans Liqasının pley-off mərhələsində “Gent”lə oyunları buraxacaq.  pizza mizza

Xatırladaq ki, “Qarabağ” Belçika təmsilçisinə qarşı ilk matçını fevralın 16-da evdə, cavab qarşılaşmasını isə fevralın 23-də səfərdə keçirəcək.

Qeyd edək ki, daha əvvəl “Qarabağ”ın futbolçularından Abbas Hüseynov Antalyadakı təlim-məşq toplanışı zamanı zədələnib./Qafqazinfo


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!