“Qarabağ”dan ayrılan futbolçunun yeni klubu məlum oldu

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ”dan ayrılan futbolçunun yeni klubu məlum oldu

İdman

07 Avqust 2025 10:28 395


“Qarabağ”ın sabiq futbolçusu Yassin Benzia Səudiyyə Ərəbistanının “Əl-Feyha” komandasına keçib.

Yenisabah.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, PRO liqa təmsilçisi əlcəzairli futbolçu ilə 1 illik müqavilə imzalayıb. pizza mizza

30 yaşlı yarımmüdafiəçi ərəb klubuna azad agent kimi keçib.

Qeyd edək ki, Y.Benzia 2023-2025-ci illərdə “Qarabağ”da çıxış edib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!