“Qarabağ”dan ayrılan Ovusu Kvabena “atlılar”la vidalaşıb.
Yenisabah.az xəbər verir ki, Macarıstanın “Ferentsvaroş” klubuna keçən qanalı forvard “Instagram” hesabında bunları yazıb:
“Qarabağ”ın heyrətamiz azarkeşlərinə, Azərbaycan xalqına, komanda yoldaşlarıma və birlikdə işləməkdən zövq aldığım hər kəsə təşəkkür edirəm. Məni xoş qarşıladınız və bir oyunçu kimi böyüməyimə kömək etdiniz. Sizlərə hər zaman minnətdar olacağam. Ümid edirəm ki, futbol vasitəsilə sizə sevinc bəxş edə bildim və birlikdə keçirdiyimiz gözəl anları hər zaman xatırlayacağam. pizza sifarişi
İndi yeni çağırışa başlamağın vaxtıdır. Mənə yoluma davam etmək üçün güc və sağlamlıq verdiyinə görə, Allaha təşəkkür edirəm”.
Xatırladaq ki, O. Kvabena 2020-ci ilin yanvarından “Qarabağ”da çıxış edirdi.
Telegram kanalımız