Misli Premyer Liqasında 26-cı tur davam edir.
Yenisabah.az xəbər verir ki, 2-ci oyun günündə iki matç keçirilib.
Günün ilk matçında "Turan Tovuz" evdə "Qəbələ" ilə qarşılaşıb. Oyun heç-heçə başa çatıb - 1:1. pizza mizza
Digər matçda isə lider "Qarabağ" autsayder "Səbail"i qəbul edib. Matç meydan sahiblərinin böyükhesablı qələbəsilə başa çatıb - 3:0.
Qeyd edək ki, 26-cı tura sabah oynanılacaq 1 matçla yekun vurulacaq.
11 mart (şənbə)
15:00. “Turan Tovuz” – “Qəbələ” - 1:1
Qol: Runi Eva, 19-pen., - Felipe Santos, 39
Hakimlər: Rauf Cabarov, Pərvin Talıbov, Zöhrab Abbasov, Emin Əliyev
Tovuz şəhər stadionu
18:00. “Qarabağ” – “Səbail” - 3:0
Qollar: Elvin Cəfərquliyev, 24, Musa Qurbanlı, 34, Julio Romao, 53
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Rahil Ramazanov, Şamil İmanzadə
“Azersun Arena”
Telegram kanalımız