“Qarabağ”dan əzmkar qələbə

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ”dan əzmkar qələbə

İdman

21 Oktyabr 2021 22:43 1133


"Qarabağ” bu gün Konfrans Liqasında növbəti oyununu keçirib.

Yenisabah.az xəbər verir ki, Ağdam təmsilçisi qrup mərhələsinin 3-cü turunda Qazaxıstan "Kayrat"ını qəbul edib.

Qonaqlar 19-cu dəqiqədə penaltidən vurduqları qolla hesabda önə keçiblər. "Qarabağ" ikinci hissədə dönüş yarada bilib. Əvvəlcə 79-cu dəqiqədə Ramil Şeydayev hesabı bərabərləşdirib. 90 dəqiqəyə əlavə edilmiş birinci dəqiqədə isə Abbas Hüseynov qələbə qolunu vurub.  Marqarita pizza

Beləliklə 3 oyundan sonra yeddi xal toplayan Qurban Qurbanovun komandası qrup liderliyini davam etdirib.

Qrupun digər oyununda “Omoniya” “Bazel”in qonağı olacaq.

Qeyd edək ki, “Qarabağ” 4-cü turda da “Kayrat”la qarşılaşacaq. Görüş noyabrın 4-də Qazaxıstanda olacaq.

 

21 oktyabr

Konfrans Liqası

H qrupu, 3-cü tur

20:45. “Qarabağ” (Azərbaycan) – “Kayrat” (Qazaxıstan) - 2:1 

Qol: Ramil Şeydayev, 79, Abbas Hüseynov, 90+1 - Kante, 19-pen.

Baş hakim: Yevgeni Aranovski (Ukrayna)

Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!