“Qarabağ ermənilərinin Ermənistandan digər ölkələrə axını yoxdur. Həmvətənlilərimizin Dağlıq Qarabağa qayıtmaq üçün obyektiv imkanlarının və ya istəyinin olmadığı bir şəraitdə hökumət onların Ermənistanda qalmaları üçün hər şeyi edəcək”.
Yenisabah.az “Armenpress”ə istinadla xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin növbəti iclasında bildirib.
“Hazırda heç bir mühacirət fenomeni yoxdur, çünki ilk günlərdə buradan gedənlərin sayı kifayət qədər çox idi, lakin biz güman edirdik ki, bu tendensiya uzun çəkməz. Əksər hallarda insanlar sadəcə qohumlarının dəvəti ilə ölkədən gedirlər. İndi biz görürük ki, vəziyyət necə dəyişib və stabilləşib”, – Nikol Paşinyan əlavə edib. Toyuqlu pizza
Telegram kanalımız