“Qarabağ“dan yeni hücumçu transferi

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ“dan yeni hücumçu transferi

İdman

17 İyul 2019 15:09 1206


Ölkəmizi Çempionlar Liqasında təmsil edən "Qarabağ" növbəti transferini həyata keçirib.

"Yeni Sabah" klubun rəsmi Feysbuk səhifəsinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi fransalı hücumçu Maqaye Qeyeni heyətinə cəlb edib. Transferin detalları barədə məlumat verilməyib.

Qeyd edək ki, 29 yaşlı Seneqal əsilli futbolçu "Strasburq"un yetirməsidir. Onun son iş yeri Türkiyənin "Osmanlıspor" klubu olub. Qeye karyerası ərzində Fransanın "Brest", İngiltərənin "Everton", "Milloull" və Türkiyənin "Adanaspor" komandalarında da çıxış edib.

Xatırladaq ki, “Qarabağ” yay fasiləsində braziliyalı müdafiəçi Ailton Silva, mərakeşli müdafiəçi Faysal Rerras və ispaniyalı yarımmüdafiəçi Xayme Romeronu da heyətinə qatıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!