“Qarabağ“ın 1300-cü qolu - Yalnız “Neftçi“dən geri qalır

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ“ın 1300-cü qolu - Yalnız “Neftçi“dən geri qalır

İdman

09 Fevral 2022 11:06 721


“Qarabağ” Azərbaycan çempionatlarında 1300-cü qolunu vurub. 

Yenisabah.az xəbər verir ki, son qol Premyer Liqanın 15-ci turunda “Neftçi” ilə görüşə təsadüf edib.

2:1 hesablı səfər qələbəsi qazanan Ağdam klubunun ikinci qolu tarixi əhəmiyyət kəsb edib. Kadi Borqes ölkə çempionatlarında 840-cı oyununa çıxan “Qarabağ”ın 1300-cü qolunun müəllifi olub. Bu top həm də “Neftçi” ilə qarşılaşmalarda 100-cü çempionat qoludur. Dominos pizza

1992-ci ildən keçirilən ölkə çempionatlarının daimi iştirakçısı olan “Qarabağ” evdə 750, səfərdə 535, neytral meydanda 15 top vurub. Ağdamlılar 1300 və daha çox qol vuran ikinci komandadır. Yalnız “Neftçi”nin aktivində daha çox top var.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!