“Qarabağ“ın 2 yeni transferindən biri artıq Bakıdadır

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ“ın 2 yeni transferindən biri artıq Bakıdadır

İdman

11 Yanvar 2022 14:41 687


"Qarabağ"ın heyətinə cəlb edəcəyi Luka Quqeşaşvili bu gün Bakıya gəlib.

Yenisabah.az xəbər verir ki, Gürcüstan millisinin 22 yaşlı qapıçısı tibbi müayinədən keçdikdən sonra Ağdam klubu ilə müqavilə imzalayacaq. 

Quqeşaşvilinin son klubu Polşa "Yaqelloniya"sı olub. Sezar pizza

Ağdam klubunun Bolqarıstanın “Çerno More” komandasının yarımmüdafiəçisi Leandro Andradeni də heyətinə cəlb edəcəyi dəqiqləşib. 22 yaşlı braziliyalı yarımmüdafiəçi isə "Qarabağ"ın düşərgəsinə Bakıda yox, Antalyada qoşulacaq.

Ağdam komandasının Türkiyədə təlim-məşq toplanışı yanvarın 12-26-da keçiriləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!