“Qarabağ”ın Çempionlar Liqası üçün heyəti təqdim edildi

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ”ın Çempionlar Liqası üçün heyəti təqdim edildi

İdman

05 İyul 2019 15:52 1067


“Qarabağ" Çempionlar Liqasının I təsnifat mərhələsinin Albaniya “Partizani”si ilə oyunları üçün sifariş vərəqəsini UEFA-ya təqdim edib.

“Yeni Sabah” xəbər verir ki, bu barədə klubun rəsmi “Facebook” səhifəsi məlumat yayıb. Siyahıya aşağıda adları qeyd olunan 22 futbolçunun adı daxil edilib.

Qapıçılar: Şahruddin Məhəmmədəliyev, Vaqner da Silva, Nicat Mehbalıyev

Müdafiəçilər: Ailton Silva, Rahil Məmmədov, Maksim Medveyev, Rəşad Sadıqov, Abbas Hüseynov, Bədavi Hüseynov, Donald Gerye

Yarımmmüdafiəçilər: Qara Qarayev, Simeon Slavçev, Araz Abdullayev, Miçel, Xayme Romero, Dani Kintana, Abdullah Zubir, İsmayıl İbrahimli, Filip Ozobiç, Riçard Almeyda, Hacıağa Hacılı

Hücumçu: Mahir Əmrəli

Xatırladaq ki, “Partizani” ilə ilk oyun iyulun 10-u Tiranada, cavab qarşılaşması iyulun 17-si Bakıda olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!