“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi bu gün müəyyənləşəcək

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi bu gün müəyyənləşəcək

İdman

14 İyun 2022 09:15 924


Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü atılacaq.

Yenisabah.az-ın məlumatına görə, Bakı vaxtilə saat 14:00-da başlayacaq püşkatmada Azərbaycan çempionu "Qarabağ"ın rəqibi bəlli olacaq.

Komandalar püşkdən əvvəl qruplara bölünüb. pizza

Səpələnmişlər səbətində yer alan "köhlən atlar" Bosniya və Herseqovinanın "Zrinski", Polşanın "Lex", Maltanın "Hibernians", Şimali Makedoniyanın "Şkupi" və Gürcüstanın "Dinamo" (Batumi) komandalarından birinə rəqib olacaq.

1-ci qrup

Səpələnmişlər

"Lüdoqorets" (Bolqarıstan)

ÇFR (Rumıniya)

"Ferentsvaroş" (Macarıstan)

"Maribor" (Sloveniya)

"Düdelanj" (Lüksemburq)

Səpələnməmişlər

"Sutyeska" (Monteneqro)

"Şaxtyor" (Soliqorsk, Belarus)

"Tobol" (Qazaxıstan)

"Pünik" (Ermənistan)

"Tirana" (Albaniya)

2-ci qrup

Səpələnmişlər

"Malmö” (İsveç)

"Budye Qlimt" (Norveç)

HIK (Finlandiya

TNS (Uels)

"Jalgiris" (Litva)

Səpələnməmişlər

“Linfild” (Şimali İrlandiya)

"Klasksvik" (Farer adaları)

İlkin mərhələnin qalibi

RFŞ (Latviya)

"Balikani" (Kosovo)

3-cü qrup

Səpələnmişlər

"Qarabağ" (Azərbaycan)

"Şerif" (Moldova)

"Slovan" (Bratislava, Slovakiya)

“Linkoln” (Cəbəllütariq)

"Şemrok Rovers" (İrlandiya)

Səpələnməmişlər

"Zrinski" (Bosniya və Herseqovina)

"Lex" (Polşa)

"Hibernians" (Malta)

"Şkupi" (Şimali Makedoniya)

"Dinamo" (Batumi, Gürcüstan). 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!