“Qarabağ”ın futbolçusunun qələbə qolundan sonra ağlamasının səbəbi bəlli oldu

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ”ın futbolçusunun qələbə qolundan sonra ağlamasının səbəbi bəlli oldu

İdman

22 Oktyabr 2021 00:34 1241


“Qarabağ”ın futbolçusu Abbas Hüseynovun Bakıda Qazaxıstan “Kayrat”ına qarşı UEFA Konfrans Liqasının qrup oyununda qələbə qolunu vurduqdan sonra ağlamasının səbəbi bəlli olub.

Ağdam klubunun Mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə “Report”a açıqlamasında 26 yaşlı müdafiəçinin 2 gün öncə dünyasını dəyişmiş nənəsinə görə gözyaşlarını saxlaya bilmədiyini söyləyib.

Klub rəsmisi bildirib ki, Hüseynov qarşılaşmadan öncə fərqlənəcəyinə və qolu nənəsinə həsr edəcəyinə söz verib. pizza hut

Qeyd edək ki, “Qarabağ” – “Kayrat” görüşü “köhlən atlar”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Abbas Hüseynov oyunun əsas vaxtına əlavə olunmuş 1-ci dəqiqədə qələbə topunu rəqib qapısından keçirib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!