“Qarabağ“ın hücumçusu “Beşiktaş“a keçir?   - Klubdan açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ“ın hücumçusu “Beşiktaş“a keçir? - Klubdan açıqlama

İdman

17 Yanvar 2022 13:43 806


"Qarabağ"ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə Türkiyənin "Beşiktaş" klubunun komandanın hücumçusu Musa Qurbanlı ilə maraqlanması ilə bağlı yayılan xəbərlərə aydınlıq gətirib.

Yenisabah.az xəbər verir ki, bu barədə Qol.az-a açıqlama verən klub rəsmisi "Beşiktaş"dan Musa ilə bağlı hər hansı təklif almadıqlarını deyib:

"Bu, Türkiyə mediasının iddiasıdır. "Beşiktaş"ın Musa Qurbanlını transfer etmək istəməsi ilə bağlı klubumuza istər yazılı, istərsə də şifahi hər hansı müraciəti olmayıb. Qısaca bunu deyə bilərəm". Sezar pizza

Xatırladaq ki, Türkiyənin "Fotomac" nəşri "Beşiktaş"ın baş məşqçisi Önder Karavelinin Musa Qurbanlı ilə bağlı "Qarabağ" rəsmiləri ilə görüşdüyünü yazıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!