“Qarabağ”ın kapitanı Niderland və Qazaxıstan klublarından təklif alıb

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ”ın kapitanı Niderland və Qazaxıstan klublarından təklif alıb

İdman

11 Yanvar 2023 22:24 899


“Qarabağ”ın kapitanı Maksim Medvedev Niderlandın “Tvente” və Qazaxıstanın “Astana” klublarından təklif alıb.

Yenisabah.az xəbər verir ki, bu barədə 34 yaşlı müdafiəçi klubun rəsmi “Youtube” kanalında azarkeşlərin suallarını cavablandırarkən açıqlama verib.

O bildirib ki, Ensxede təmsilçisindən dəvət gənc yaşlarında gəlib: Toyuqlu pizza

“Amma həmin vaxt ölkə xaricində oynamağa hazır deyildim. Ona görə də bu cür təkliflərə çox diqqət yetirmirdim. Daha da inkişaf edib komandama xeyir vermək istəyirdim”.

Təcrübəli oyunçu “Astana”dan isə UEFA Çempionlar Liqasının qrup mərhələsində çıxış etdikdən sonra təklif aldığını söyləyib:

“Maraqlı variant idi. Müqavilədə böyük məbləğ yazılmışdı. Lakin məsləhətləşdikdən sonra "Qarabağ"da qalmağa qərar verdim”.

Qeyd edək ki, Maksim Medvedev 2006-cı ildən “Qarabağ”da çıxış edir./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!