“Qarabağ“ın kapitanı “Viktoriya“ ilə cavab matçını da buraxacaq

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ“ın kapitanı “Viktoriya“ ilə cavab matçını da buraxacaq

İdman

22 Avqust 2022 09:40 1240


"Qarabağ"ın kapitanı Maksim Medvedev Çexiyada "Viktoriya" (Plzen) klubuna qarşı UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab oyununu da buraxacaq. 

"Report"un məlumatına görə, bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov Heydər Əliyev Beynəlxalq Aeroportunda jurnalistlərə açıqlamasında bildirib.

50 yaşlı mütəxəssis təcrübəli müdafiəçinin fərdi hazırlığa yeni başladığını və hələ kollektiv çalışmalara qatılmadığını söyləyib. pizza sifarişi

Qeyd edək ki, avqustun 23-də keçiriləcək "Viktoriya" - "Qarabağ" matçı Bakı vaxtı ilə 23:00-da start götürəcək. Tofiq Bəhramov adına Respublika stadionundakı ilk görüşdə hesab açılmayıb.

Maksim Medvedev İsveçrədə "Sürix"lə 1:1 hesablı heç-heçə etdikləri II təsnifat mərhələsinin cavab oyununda zədələnib. Müdafiəçi bu səbəbdən, Macarıstan "Ferentsvaroş"una qarşı III təsnifat mərhələsinin matçlarını, həmçinin "Viktoriya" ilə ilk görüşü buraxıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!