“Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsində Belçika klubu “Gent”lə keçirəcəyi oyunlarda VAR sistemindən istifadə olunacaq.
Yenisabah.az xəbər verir ki, UEFA-dan verilən məlumata görə, turnirin bu mərhələsindən etibarən hakimlər VAR-dan yararlanacaqlar.
Pley-off mərhələsinin matçları fevralın 16-da və 23-də baş tutacaq. “Qarabağ” ilk oyununa Bakıda, cavab görüşünə isə səfərdə çıxacaq. Dördpendirli pizza
Qeyd edək ki, UEFA Konfrans Liqasında 2021/2022 mövsümündə yalnız yarımfinal və final görüşlərində VAR sistemindən istifadə olunub./Oxu.az
Telegram kanalımız