Azərbaycan Premyer Liqasının XVI turunda "Neftçi" ilə oyunda zədələnən "Qarabağ"ın futbolçusu Kevin Medinanın durumuna aydınlıq gəlib.
Yenisabah.az xəbər verir ki, 29 yaşlı müdafiəçi 4 həftə yaşıl meydanlardan kənarda qalacaq.
İli vaxtından əvvəl başa vuran kolumbiyalı oyunçunun əzələsində ikinci dərəcəli yırtıq aşkarlanıb. Həmin görüşdə xəsarət alan Qara Qarayevin durumu isə ciddi deyil. 30 yaşlı yarımmüdafiəçi artıq komanda ilə məşqlərə qoşulub. Dördpendirli pizza
Qeyd edək ki, "Qarabağ" "Neftçi"ni 4:0 hesabı ilə məğlub edib.
Telegram kanalımız