“Qarabağ“ın oyunu Avropanın diqqət mərkəzində

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ“ın oyunu Avropanın diqqət mərkəzində

İdman

15 Fevral 2022 14:49 629


Avrokuboklarda pley-off mərhələsinin bu həftə keçiriləcək oyunları arasında ən böyük maraq doğuran 10 qarşılaşma açıqlanıb.

Yenisabah.az xəbər verir ki, Avropa arenasındakı yeganə təmsilçimiz “Qarabağ”ın “Marsel”lə görüşü də həmin siyahıya salınıb.

Çempionlar Liqasının 1/8, Avropa Liqası və Konfrans Liqasının isə 1/16 final mərhələsinin ilk matçları çərçivəsində “Marsel” - “Qarabağ” mütləq baxılmalı 9-cu oyun hesab edilib. pizza

Bu iki komandanın durumu da dəyərləndirilib: “Bu oyun Konfransı Liqasının ən parlaq posteri deyil. Ancaq “Marsel”in bu yarışda bütün gücünü ortaya qoyacağını təsəvvür etməmək çətindir. “Velodrom”dakı görüş mütləq izlənilməli, qaçırılmamalıdır. “Marsel” cavab oyunu üçün Azərbaycana yollanacaq. “Qarabağ” ölkə çempionatında liderdir, passivində cəmi  bir məğlubiyyət var. Ona görə də çox ciddi qəbul edilməli rəqibdir”.

Avrokuboklarda qaçırılmaması məsləhət görülən 10 oyun bunlardır:

1. PSJ – “Real” (Çempionlar Liqası)

2. “İnter” – “Liverpul” (Çempionlar Liqası)

3. “Barselona” – “Napoli” (Avropa Liqası)

4. “Atletiko” – “Mançester Yunayted” (Çempionlar Liqası)

5. “Çelsi” – “Lill” (Çempionlar Liqası)

6. “Borussiya” (Dortmund) – “Reyncers” (Avropa Liqası)

7. “Porto” – “Latsio” (Avropa Liqası)

8. “Leypsiq” – “Real Sosyedad” (Avropa Liqası)

9. “Marsel” – “Qarabağ” (Konfrans Liqası)

10. “Fənərbaxça” – “Slaviya” (Konfrans Liqası)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!