“Qarabağ“ın oyununa görə metronun iş saatı uzadıldı

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ“ın oyununa görə metronun iş saatı uzadıldı

İdman

23 Fevral 2022 11:48 727


“Qarabağ” klubu UEFA Konfrans Liqasının pley-off mərhələsində Fransanın "Marsel" klubu ilə qarşılaşmanın gec saatlarda başlaması ilə əlaqədar “Bakı Metropoliteni” QSC-yə metronun iş rejimində dəyişiklik edilməsi xahişi ilə müraciət ünvanlayıb.

Klubun Mətbuat Xidmətindən Yenisabah.az-a verilən məlumata görə, müraciət və bu qarşılaşmanın Azərbaycan futbolu tarixində əhəmiyyəti nəzərə alınaraq, Tofiq Bəhramov adına Respublika stadionunda qarşılaşmanı canlı izləyənlər azarkeşlərin daşınması məqsədilə metropolitenin iş rejimində müvafiq dəyişiklik edilib.

“Gənclik”, “Nəriman Nərimanov” və “28 May” stansiyaları fevralın 25-nə keçən gecə saat 01:00-a qədər sərnişinlərin girişinə açıq olacaq. pizza hut

Qeyd edək ki, fevralın 24-də keçiriləcək oyun saat 21:45-də başlayacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!