Bakıda "Qarabağ" və Çexiyanın "Viktoriya" (Plzen) komandası arasında oynanılacaq UEFA Çempionlar Liqasının pley-off mərhələsininilk oyunu üçün onlayn bilet satışını həyata keçirən "Iticket.az" saytında texniki problem yaranıb.
Yenisabah.az xəbər verir ki, görüşə marağın həddindən artıq böyük olması və eyni anda minlərlə azarkeşin bilet almaq cəhdi buna səbəb olub.
Yüklənməyə görə, saytda onlayn bilet satışı müvəqqəti olaraq dayandırılıb. pizza sifarişi
Qeyd edək ki, avqustun 17-də keçiriləcək "Qarabağ" - "Viktoriya" görüşü saat 20:45-də başlayacaq.
Telegram kanalımız