“Qarabağ”ın pley-offdakı potensial rəqibləri müəyyənləşdi

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ”ın pley-offdakı potensial rəqibləri müəyyənləşdi

İdman

03 Noyabr 2022 02:16 1138


"Qarabağ"ın UEFA Avropa Liqasının pley-off mərhələsindəki bütün potensial rəqibləri bəlli olub.

Yenisabah.az xəbər verir ki, "köhlən atlar"ın 1/16 finalda qarşılaşa biləcəyi mümkün komandaların adlarına Çempionlar Liqasında qrup mərhələsinin VI turunun oyunlarından sonra aydınlıq gəlib.

Ağdam təmsilçisi G qrupunda 2-ci pilləni tutacağı halda, pley-offda aşağıdakı kollektivlərdən biri ilə üz-üzə gələcək: Marqarita pizza

"Ayaks" (Niderland), "Bayer" (Almaniya), "Barselona", "Sevilya" (hər ikisi İspaniya), "Sportinq" (Portuqaliya), "Zaltsburq" (Avstriya), "Şaxtyor" Donetsk (Ukrayna), "Yuventus" (İtaliya).

Qeyd edək ki, "Qarabağ" G qrupunun sonuncu - VI turunda Bakıda Almaniya "Frayburq"unu qəbul edəcək. Hazırda 7 xalla 2-ci pillədə yer alan Ağdam təmsilçisi rəqibinə qalib gələcəyi halda, Yunanıstanda "Olimpiakos" və Fransa "Nant"ı arasında keçiriləcək digər görüşün nəticəsindən asılı olmayaraq, adını pley-offa yazdıracaq.

Avropa Liqasında 1/16 finalın püşkü noyabrın 7-də atılacaq./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!