“Qarabağ“ın pley-offdakı rəqibi bu gün bilinəcək

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ“ın pley-offdakı rəqibi bu gün bilinəcək

İdman

07 Noyabr 2022 10:07 1252


Bu gün UEFA Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılacaq.

Yenisabah.az xəbər verir ki, Azərbaycan təmsilçisi "Qarabağ"ın da rəqibi bəlli olacaq.

Tədbir Bakı vaxtı ilə saat 17:00-da başlayacaq. UEFA Avropa Liqasında G qrupunu üçüncü sırada bitirən "köhlən atlar" Konfrans Liqasında öz qruplarında ikinci yeri tutmuş 8 komandadan biri ilə görüşəcək. Dördpendirli pizza

Səpələnməmişlər səbətində olan "Qarabağ" bu raundda “Fiorentina” (İtaliya), “Bazel” (İsveçrə), “Dnepr-1” (Ukrayna), “Gent”, “Anderlext” (hər ikisi Belçika), ÇFR (Rumıniya), “Lex” (Polşa) və “Partizan” (Serbiya) klublarından biri ilə üz-üzə gələcək.

Qeyd edək ki, pley-offun ilk oyunları 2023-cü il fevralın 16-da, cavab matçları isə fevralın 23-də keçiriləcək. 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!