“Qarabağ“ın qapıçısı zədələndi: Meydanı xərəkdə tərk etdi   - Foto

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ“ın qapıçısı zədələndi: Meydanı xərəkdə tərk etdi - Foto

İdman

09 Noyabr 2022 17:56 1342


Azərbaycan millisinin və "Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev zədələnib.

Yenisabah.az-ın məlumatına görə, 28 yaşlı qolkiper səfərdə "Turan Tovuz"a 2:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının III turundan təxirə salınmış oyunda boynundan xəsarət alıb.

Matçın son dəqiqələrdə çıxışda komanda yoldaşı Bədavi Hüseynovla toqquşan Məhəmmədəliyev boynu üstə yerə düşüb. Hakimlərin ilkin müdaxiləsi ilə ayağa qalxan təcrübəli qapıçı görüşü davam etdirib. Toyuqlu pizza

Lakin final fitindən sonra yerə yıxılan qolkiper meydanı xərəkdə tərk edib. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!