“Qarabağ“ın rəqibi bu gün Bakıya gəlir

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ“ın rəqibi bu gün Bakıya gəlir

İdman

20 Oktyabr 2021 11:22 1253


"Qarabağ"ın Konfrans Liqasının qrup mərhələsindəki rəqibi "Kayrat" (Qazaxıstan) Ağdam təmsilçisi ilə matç üçün Bakıya yola düşüb. 

Yenisabah.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Daha əvvəl zədə səbəbindən görüşü buraxacağı açıqlanan Vaqner Lav da komandası ilə birgə paytaxtımıza üz tutub. Həkimlər 37 yaşlı hücumçunun matçda iştirak etməsinə icazə veriblər. 

Lakin komandanın bombardiri Artur Şuşenaçev (12 qol) zədələnib. Onun matçda oynayıb-oynamayacağı məlum deyil.  Marqarita pizza

Qeyd edək ki, sabah Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Kayrat" görüşü saat 20:45-də başlayacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!