“Qarabağ”ın rəqibi haqqında maraqlı məlumatlar... -   Qısa araşdırma

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ”ın rəqibi haqqında maraqlı məlumatlar... - Qısa araşdırma

İdman

18 İyul 2019 08:34 1426


Xəbər verdiyimiz kimi, "Qarabağ" Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində İrlandiyanın "Dundalk" komandası ilə qarşılaşacaq.

"Yeni Sabah" ölkəmizi qitənin 1 nömrəli turnirində təmsil edən klubumuzun rəqibi haqqında məlumatı sizə təqdim edir:

İrlandiyanın "Dundalk" klubu 1885-ci ildə həvəskar klub kimi yaradılsa da, 1903-cü ilin sentyabrından etibarən, peşəkar klub olaraq tanınmağa başlayıb.  Dominos pizza

Onun adı İrlandiyadakı "Dalqan" qalasının adından götürülüb. Klubun 1940-cı ildən ənənəvi rəngi ağ-qara sayılır. Onun ləqəbləri "ağ zambaqlar" və "qala"dır. 

Ev oyunlarını 1926-cı ildən 4500 nəfər azarkeş tutumu olan "Oriel Park" stadionunda keçirir. "Ağ-qaralar" ölkə çempionluğunu ən çox qazanan ikinci komandadır. Belə ki, o, 13 dəfə İrlandiya çempionu adını qazanmağı bacarıb. Eyni zamanda, klubun aktivində 11 ölkə kuboku da var. 

Klubun "qızıl dövrü" 2013-2018-ci illər aralığı hesab olunur ki, bu da klub meneceri Stefan Kenninin adı ilə bağlıdır. 

Burada ən çox oyun keçirmiş futbolçu Tommi Maksonvildir. O, 1964-1986 illərdə fasilərlə 387 burada matça çıxıb.

Hazırda klubun prezidenti Mixael Treasi, baş məşqçisi isə 2007-ci ildə "Dundalk"da oynamış Vinni Pertdir. 

Klubda 2013-cü ildən köməkçi məşqçi kimi çalışan Vinni Pert baş məşqçi kimi fəaliyyətinə bu ildən başlayıb.

Naibə Məmmədova


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!