“Qarabağ“ın rəqibi “Real“ın keçmiş ulduzunu aldı

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ“ın rəqibi “Real“ın keçmiş ulduzunu aldı

İdman

03 Sentyabr 2022 11:13 1045


"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Yunanıstan "Olimpiakos"u "Real"ın sabiq müdafiəçisi Marselonu transfer edib.

Yenisabah.az klubun saytına istinadən xəbər verir ki, braziliyalı futbolçu ilə 1+1 illik müqavilə imzalanıb. O, azad agent kimi Pirey klubuna keçib.

Xatırladaq ki, 34 yaşlı Marselo 15 ildən çox "Real"da çıxış edib. Bu müddət ərzində o, 544 matçda iştirak edib, 37 qol vurub və 103 qolun ötürməsini verib. Braziliyalı müdafiəçi Madrid təmsilçisi ilə 25 kubok, o cümlədən 5 Çempionlar Liqası kubokunu qazanıb.  Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!