“Qarabağ“ın yeni transferi “Gent“lə oyunu buraxa bilər

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ“ın yeni transferi “Gent“lə oyunu buraxa bilər

İdman

31 Yanvar 2023 14:39 831


"Qarabağ"ın yeni transferi Yassin Benzia Konfrans Liqasının pley-off mərhələsində "Gent"lə (Belçika) oyunları buraxa bilər. 

Yenisabah.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov "CBC Sport"a açıqlamasında bildirib. O, 28 yaşlı yarımmüdafiəçinin komandaya gec qoşulması səbəbindən hazırlıq səviyyəsinin digər futbolçulardan daha aşağı ola biləcəyini deyib: 

"Gent"lə oyuna qədər yeni transferlərimizdən minimum iki futbolçu hazır olacaq. Sadəcə olaraq Benzia bizə bir az gec qoşulub. Ola bilər ki, onun hazırlığı digərlərindən aşağıdır. Qarşıda vaxtımız var. Yenə də hər şey həmin matça qədər bilinəcək".  pizza hut

Qeyd edək ki, Ağdam təmsilçisi Benzianı yanvarın 26-da Fransanın "Dijon" klubundan alıb. Onunla 2025-ci ilin yayınadək müqavilə imzalanıb. 

Əlavə edək ki, "Qarabağ" "Gent"ə qarşı ilk matçını fevralın 16-da evdə, cavab qarşılaşmasını isə fevralın 23-də səfərdə keçirəcək. 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!