“Qarabağ“la müqavilə bağlamaq üçün Bakıya gəldi

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ“la müqavilə bağlamaq üçün Bakıya gəldi

İdman

24 Yanvar 2023 13:58 750


"Qarabağ" bu qış ikinci transferini gərçəkləşdirməyə yaxındır. 

Qol.az-ın əldə etdiyi xəbərə görə, Ağdam təmsilçisi Albaniya millisi və "Tirana"nın vingeri Redon Cica ilə müqavilə imzalayacaq. 24 yaşlı oyunçu bununla əlaqədar artıq Bakıya gəlib. O, bu gün tibbi müayinədən keçəcək. Daha sonra isə tərəflər müqavilə imzalayacaq. Müqavilənin uzun müddəti - ən azı 3,5 ili əhatə edəcəyi bildirilir.

Redon Cica bu mövsüm "Tiran"nın heyətində keçirdiyi bütün turnirlərdə 22 oyun keçirib və 14 qol vurub. O, iki dəfə Avropa kuboklarında (Çempionlar Liqası və Konfrans Liqasınının təsnifat mərhələlərində) fərqlənib. Djidja ötən ilin oktyabrında Səudiyyə Ərəbistanı ilə matçda millidə debüt edib. Ümumən, o, 2 oyunda əsas millinin formasını geyinib. "Şkendiya" klubunun yetirməsi olan Redon Djidja "Tirana"dan əvvəl "Laçi"də (Albaniya) çıxış edib.  pizza hut

Cica Admir Teli və Ansi Aqollidən sonra "Qarabağ"da oynayacaq Albaniya millisinin üçüncü oyunçusu olacaq.

Xatırladaq ki, "Qarabağ" bu qış vinger Adama Diakabini də heyətinə cəlb edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!