“Qarabağ“la oynayacağımız üçün xoşbəxtəm“   - “Frayburq“un baş məşqçisi

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ“la oynayacağımız üçün xoşbəxtəm“ - “Frayburq“un baş məşqçisi

İdman

07 Sentyabr 2022 16:41 1068


"Matçı səbirsizliklə gözləyirik. Qarşımızda hər il Avropa Liqasında və ya Çempionlar Liqasında çıxış edən, beynəlxalq təcrübəyə malik komanda var".

Yenisabah.az xəbər verir ki, bu sözləri Almaniyanın "Frayburq" klubunun baş məşqçisi Kristian Ştrayx Avropa Liqasının qrup mərhələsində sabah "Qarabağ"la keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.

O, Ağdam klubu ilə matçın onlar üçün vacib olduğunu bildirib: "Son illər avrokuboklarda sabit çıxış sərgiləyən komanda ilə oynayacağımız üçün xoşbəxtəm. Biz Bundesliqa oyunlarına da eyni ciddiyətlə yanaşırıq. Hər iki liqada inamlı çıxış etmək istəyirik". Dördpendirli pizza

Qeyd edək ki, sentyabrın 8-də "Europe Park" stadionunda təşkil olunacaq "Frayburq" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlanacaq. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!