“Qarabağ“la oyunda geyindiyi forma hərraca çıxarıldı

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ“la oyunda geyindiyi forma hərraca çıxarıldı

İdman

23 Yanvar 2023 15:13 867


Polşa millisinin və "Yuventus"un futbolçusu Arkadiuş Milikin Konfrans Liqasının pley-offunda "Marsel"in heyətində "Qarabağ"a qarşı səfər matçında keçirilmiş geyindiyi forma hərraca çıxarılıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Fransa mətbuatı məlumat yayıb. Sözügedən oyun başa çatandan sonra 28 yaşlı forvard imzalı formasını görüşün referisi, polşalı hakim Bartoş Frankovskiyə hədiyyə edib. Hakim isə formanı Nikolay Kopernik universitetinin xeyriyyə məqsədilə təşkil etdiyi hərraca verib.

Nəticədə bu forma hərraca çıxarılıb. Geyim üçün ilkin qiymət olaraq 630 Polşa zlotu (bugünkü məzənnə ilə 247 manat)  təyin olunub.  Marqarita pizza

Qeyd edək ki, "Qarabağ" və "Marsel" arasındakı Bakıdakı matçda Fransa təmsilçisi qalib gəlib - 3:0.  "Qarabağ" səfərdəki oyundan da məğlub ayrılıb - 1:3. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!