“Qarabağ“la oyunlar asan olmayacaq“ - Erik Yirka

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ“la oyunlar asan olmayacaq“ - Erik Yirka

İdman

17 Avqust 2022 15:10 958


"Bu iki oyunda olmağım mənim üçün böyük motivasiyadır. "Trnava" ilə Avropa Liqasının qrup mərhələsində oynamışam, lakin Çempionlar Liqası başqa səviyyədir".

Yenisabah.az xəbər verir ki, bu sözləri Çempionlar Liqasının pley-off mərhələsində bu gün "Qarabağ"la qarşılaşacaq "Viktoriya"nın slovakiyalı futbolçusu Erik Yirka deyib

Sovakiya Futbol Federasiyasının rəsmi saytına müsahibə verən 24 yaşlı yarımmüdafiəçi Ağdam klubu ilə bugünkü oyunun asan olmayacağını bildirib: Dördpendirli pizza

"Bu mövsüm çətin olacaq. Azarkeşlərimiz bizi çempionatda zirvədə görmək istəyir və yenidən titul qazanacağımıza inanırlar. Çempionlar Liqasının pley-offuna gəlincə, asan olmayacaq. Ancaq yaxşı heyətimiz var və irəliləmək istəyirik".

Qeyd edək ki, bu gün keçiriləcək matç saat 20:45-də start götürəcək. Komandalar arasındakı cavab matçı avqustun 23-də Çexiyada olacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!