“Qarabağ“ “Trabzonspor“un 33 yaşlı futbolçusunu alır? - Açıqlama

saytların hazırlanması

Evə çatdırılma

“Qarabağ“ “Trabzonspor“un 33 yaşlı futbolçusunu alır? - Açıqlama

İdman

01 May 2023 15:22 893


Türkiyə mətbuatında  “Qarabağ”ın “Trabzonspor”un futbolçusu Fode Koyta ilə maraqlandığına dair məlumatlar yayılıb. İddia olunur ki, Ağdam təsilçisi yayda bu transferi reallaşdırmaq istəyir. 

“Qarabağ”ın mətbuat xidmətinin rəhbəri Gündüz Abbaszadə Qol.az-a açıqlamasında yayılan məlumatlara münasibət bildirib. O, hələlik heç bir futbolçuya təklif göndərmədiklərini deyib:

“Hazırda transfer çalışmalarımız yoxdur. "Qarabağ" mövsümün qalan hissəsini düşünür. Mövsüm başa çatandan sonra transfer çalışmalarımıza başlayacağıq. Biz heç kimə təklif göndərməmişik”. Pepperoni pizza

Qeyd edək ki, hazırda icarə əsasında Türkiyənin “Kasımpaşa” klubunda çıxış edən 33 yaşlı futbolçunun Qara dəniz təmsilçisi ilə 2024-cü ilin yayına qədər müqaviləsi var. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!