Qaraçuxur sakininin “Mercedes”ini oğurladılar

saytların hazırlanması

Evə çatdırılma

Qaraçuxur sakininin “Mercedes”ini oğurladılar

Kriminal

25 Aprel 2022 10:05 412


Suraxanı RPİ-nin 32-ci Polis Bölməsinə aprelin 23-nə keçən gecə Qaraxuçur qəsəbəsindən H.Hətəmlinin “Mercedes” markalı avtomobilinin qaçırılması barədə məlumat daxil olub. 

Daxili İşlər Nazirliyindən (DİN) Yenisabah.az-a verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Bakı şəhər sakini Ramiz İsmayılov qəsəbə ərazisində avtomobillə birlikdə saxlanılıb.

Rəsmi məlumata görə, faktla bağlı Suraxanı Rayon Polis İdarəsində araşdırma aparılır. pizza mizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!