Qaradağda təkəri qırılan minik avtomobili yük maşınına çırpıldı - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Qaradağda təkəri qırılan minik avtomobili yük maşınına çırpıldı - Fotolar

Hadisə

06 Yanvar 2020 23:13 1258


Bakının Qaradağ rayonunda minik avtomobili idarəetmədən çıxaraq yük maşını ilə toqquşub.

"Yeni Sabah" xəbər verir ki, qəza Lökbatan dairəsi adlanan ərazidə baş verib.

Hadisə şahidi, Gürcüstan vətəndaşı Omari Qardavili açıqlamasında bildirib ki, "AzSamand" markalı avtomobilin sürücüsü yüksək sürətlə hərəkətdə olan zaman nəqliyyat vasitəsinin təkərlərində problem yaranıb. Nəticədə avtomaşın idarərtmədən çıxıb və dairəvi yoldakı arakəsməyə çırpılıb.  Dördpendirli pizza

Bu zaman nəqliyyat vasitəsinin təkəri qırılıb. Sürücü özünü avtomobildən çölə atıb və sağ qalıb. Daha sonra avtomobil yol kənarında hərəkətsiz vəziyyətdə dayanmış tıra çırpılıb.

Hadisə nəticəsində xəsarət alanın olmadığı bildirilir. "AzSamand" markalı avtomobil isə yararsız vəziyyətə düşüb.

Əraziyə Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Hadisənin təfərrüatı araşdırılır. /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!