Qaralov Nizami Qocayevin oğluna yüksək vəzifə verdi

saytların hazırlanması

Evə çatdırılma

Qaralov Nizami Qocayevin oğluna yüksək vəzifə verdi

Kriminal

14 May 2019 12:23 2865


Bakı şəhər Nizami rayon Prokurorluğunda kadr dəyişikliyi olub.

Nizami rayon prokurorunun müavini Ramin Qocayev Baş prokuror Zakir Qaralovun imzaladığı əmrlə vəzifədən azad edilib. O, Baş Prokurorluqda məsul vəzifəyə təyin edilib.

Nizami rayon prokurorunun müavini vəzifəsinə isə Zakir Qaralovun imzaladığı əmrlə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı Abil Səfərov təyin edilib. Marqarita pizza

Qeyd edək ki, Baş Prokurorluqda məsul vəzifəyə təyin edilən Ramin Qocayev, uzun illər polis sistemində yüksək vəzifələrdə çalışmış Nizami Qocayevin oğludur. N.Qocayev hazırda ədliyyə sistemində çalışır və Ədliyyə Nazirliyinin İcra Baş İdarəsinin Gəncə şəhəri üzrə İcra İdarəsinin rəisini tutur.

Publika.az

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!