Qardaşını öldürən kişinin işi məhkəməyə göndərildi

saytların hazırlanması

Evə çatdırılma

Qardaşını öldürən kişinin işi məhkəməyə göndərildi

Kriminal

18 Aprel 2022 09:54 392


28 dekabr 2021-ci ildə Saatlı rayonu Qıraqlı kənd sakini 1961-ci il təvəllüdlü Abdulrəhman Əliyevin qəsdən öldürülməsi  faktı ilə bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə başlanmış cinayət işi üzrə istintaq tamamlanıb.

Saatlı rayon prokurorluğundan Yenisabah.az-a verilən məlumata görə, aprılmış istintaqla zərərçəkmişin qardaşı 1968-ci il təvəllüdlü Arif Əliyevin Abdulrəhman Əliyevə məxsus evin girişində şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı sonuncunun arvadının gözü qarşısında  bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Arif Əliyev Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.  Dominos pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!