Qaret Beyl karyerasını başa vurdu

saytların hazırlanması

Evə çatdırılma

Qaret Beyl karyerasını başa vurdu

İdman

09 Yanvar 2023 19:57 778


Uels millisinin və ABŞ-ın "Los-Anceles" klubunun futbolçusu Qaret Beyl karyerasını başa vurub.

Yenisabah.az xəbər verir ki, bu barədə 34 yaşlı hücumameylli yarımmüdafiəçi özünün sosial şəbəkə hesabında paylaşım edib.

Təcrübəli oyunçu çox düşündükdən sonra futbolla vidalaşmaq qərarına gəldiyini bildirib: "Arzumu reallaşdırdığım və sevdiyim idman növü ilə məşğul olduğum üçün inanılmaz dərəcədə şanslıyam. Həyatımda yeni səhifə açıram. Dəyişiklik və yeni sərgüzəştlər üçün fürsət vaxtıdır". Pepperoni pizza

Qeyd edək ki, Qaret Beyl karyerası ərzində İngiltərənin "Sauthempton" və "Tottenhem", həmçinin İspaniyanın "Real Madrid" komandalarının da şərəfini qoruyub. O, "kral klubu" ilə 3 dəfə La Liqa çempionu olub, bir dəfə ölkə kubokunu və Superkubokunu qazanıb. Həmçinin UEFA Çempionlar Liqasında 5 dəfə qələbə sevinci yaşayıb.

Bundan əlavə, Beylin UEFA Super Kubokunda iki qələbəsi və dörd klublararası dünya çempionluğu titulu var.

Uels yığmasında 109 oyuna çıxan vinger 41 qol vurub./Report.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!