Qarpız adı ilə İrana aparırdılar -   Astara gömrüyündə narkotik olduğu üzə çıxdı

saytların hazırlanması

Evə çatdırılma

Qarpız adı ilə İrana aparırdılar - Astara gömrüyündə narkotik olduğu üzə çıxdı

Hadisə

01 Yanvar 2026 12:44 560


Xüsusilə külli miqdarda narkotik vasitə bu dəfə "qarpız" yükünün içərisində aşkar edilib.

Dövlət Gömrük Komitəsindən APA-ya verilən məlumata görə, Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya “təzə qarpız” yükü aparan nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.

Kinoloji xidmət iti qarpız olan yeşiklərə reaksiya verdiyindən yük əsaslı yoxlamaya cəlb edilib. pizza mizza

Bu zaman qutulardakı 12 ədəd qarpızın içərisində gizlədilmiş, xalis təmiz çəkisi 27 kiloqram 845 qram narkotik vasitə-həşiş aşkar edilib.

Faktla bağlı araşdırma aparılır


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!