Vəkil Vasif İsrafilov bir neçə gündür qarşıdurmada olan həmkarlarına müraciət edərək bu anlaşılmazlığa son verməyi istəyib.
“Yeni Sabah” xəbər verir ki, o, o Vəkillər Kollegiyasında atılan son addımları təqdir etdiyini bildirib. Kollegiyanin yeni nəfəsi, yeni orqanı, gənc rəhbərliyi tərəfindən artıq vəkillərin ən cox rastlaşdığı problemlərin artıq həll olunduğunu bildirib: “Bunlardan bəziləri - hüquq mühafizə orqanlarının vəkilə hörmət qoymaması, müştəriyə vəkilini dəyişməsi barədə təhdid edilməsi, vəkillərin vəsatətlərinin ümumiyyətlə nəzərə alınmaması və sair hallar…
Hörmətli həmkarlarım! Moskva bir gündə qurulmayıb. Hər bir islahat, her bir yeni addim müsbət və mənfi qarşılana bilər. Əsas nəticədir. Nəticə isə bir günə əldə olunmur. Naliyyətlər sərt və radikal addımlarla əldə olunur. pizza
Bir də ki, insan amilini də yaddan çıxarmaq olmaz. Yeni yola çıxırıqsa, yolsuzluq şəraitini də yaddan çıxrmamalıyıq. Bu yolsuzluqda ilkin maneələr çox olur, sonra isə yol çəkilir və gerisi rahat olur. Bu gün vəkillər və Vəkillər Kollegiyasi yeni yolda yolsuzluğa qədəm qoyub.
Mən bir necə gündür social şəbəkədə gedən söz söhbətləri izləyirəm. Hesab edirəm artıq sosial şəbəkələrdə bu qaydada müzakirələri dayandırmalıyıq. Bu məsələ barəsində vəkil həmkarlarımdan sosiallaşmağı dayandırmağı, sivil qaydada yaranmış problemləri həll etməyi təklif edirəm. Biz özümüzü cılızlaşdıran istənilən sosial müzakirəyə son qoymalıyıq.
Mən VK-nin üzvü olaraq kimin haqlı-kimin haqsız olmasını fb-da araşdırmağı, hər bir fikirə radikal münasibət göstərməyi pisləyirəm.
Yaddan cıxarmayın ki, yazdığınız hər bir söz, hər bir vəkilin nüfuzunu formalasdırır. Və əks təsirə səbəb olur. Bu mövzu ilə bağlı yazılan yazıların, deyilən fikirlərin, aparılan müzakirələrin, verilən cavabların çoxu utancvericidir. Ən azından vəkilə yaraşmaz. Artıq bu müzakirələrin bəziləri küçə söhbətinə dönüb.
Təklif edirəm daha kimin nə yazmasından asılı olmayaraq həmin yazılara FB-da hec kim, hec bir reaksiya verməsin.
Məni tanıyan və tanımayan bütün həmkarlarımdan tam səmimiyyətimlə xahiş edirəm, bu təklifimi qəbul edəsiniz. Artıq son deməyin vaxtıdır”.
Telegram kanalımız