Qasım İsmayılov ən güclülər sırasında - Foto

saytların hazırlanması

Evə çatdırılma

Qasım İsmayılov ən güclülər sırasında - Foto

İdman

14 May 2022 18:57 576


May ayının 13-15-də Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçirilən 15 və 17 yaşadək yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyi davam edir.

Yenisabah.az xəbər verir ki, yarışda ölkənin bütün şəhər və rayonlarından idman cəmiyyətləri, klubları, mərkəzləri, UGİM-lərini təmsil edən 150-yə yaxın gənc atlet iştirak edir.

Yaşı 17-yə qədər olan atletlərdə 61 kq çəki dərəcəsində fərqlənənlərin adları məlum olub. Toplam 218 kq (98+120) nəticə ilə Qazax idmançısı Qasım İsmayılov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Toplam 185 kq (85+100) nəticə ilə Emil Quliyev gümüş, toplam 166 kq (76+90) nəticə ilə Əmrah Osmanov bürünc medal qazanıb.  Marqarita pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!