Qasırğa Amerikanı vurdu: milyonlarla insan işıqsız, evsiz qaldı 

saytların hazırlanması

Evə çatdırılma

Qasırğa Amerikanı vurdu: milyonlarla insan işıqsız, evsiz qaldı 

Dünya

10 Oktyabr 2024 12:19 645


ABŞ-nin Florida ştatını vuran Milton qasırğası 1-ci kateqoriyaya qədər zəifləyib. 

Yenisabah.az xəbər verir ki, bu barədə ABŞ-ın Florida ştatının hakimiyyət orqanları məlumat yayıb. 

İlkin məlumata görə, ən azı 125 ev dağılıb, 2,8 milyon nəfərin elektrik enerjisi təchizatı dayandırılıb. Ölkənin hava limanlarında minlərlə reys təxirə salınıb və ya ləğv edilib.  pizza mizza

Məlumata görə, qasırğa ştatda qocalar evini vurub. Sent-Lusi dairəsinin şerifi Keyt Pirsonun sözlərinə görə, bir neçə nəfər həlak olub. İki ölüm faktı təsdiqlənib və bir neçə nəfər xəstəxanaya yerləşdirilib. 

Qeyd edək ki, Florida ştatında oktyabrın 7-də gücü maksimuma, beşinci kateqoriyaya çatan qasırğanın yaxınlaşması ilə əlaqədar fövqəladə vəziyyət elan edilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!